×
A
A
A
Sazlamalar

Bu vaxtadək 83,5 milyard kubmetr “Şahdəniz” qazı ixrac edilib

Bakı, 9 iyul, AZƏRTAC

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il iyulun 1-dək 541,1 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə AÇG-dən 171,2 milyard kubmetr, “Şahdəniz”dən isə 126,3 milyard kubmetr qaz çıxarılıb.
“Şahdəniz” yatağı istismara veriləndən bu il iyulun 1-dək 83,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Neft - qaz 2020-07-09 12:07:00