×
A
A
A
Sazlamalar

Kimya sənayesi məhsullarının ixracı artıb

Bakı, 16 iyun, AZƏRTAC

Cari ilin ilk 5 ayında Azərbaycandan 229,3 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 34,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin yanvar-may aylarında ölkədən ixrac olunan 131,1 min ton kimya məhsullarının dəyəri 30,2 milyon dollar təşkil etmişdi.

Sənaye 2020-06-16 15:16:00