×
A
A
A
Sazlamalar

Bolqarıstanda koronavirusa yoluxan 2627 nəfər qeydə alınıb

Sofiya, 5 iyun, AZƏRTAC 

Bolqarıstanda sutka ərzində 34 yeni koronavirusa yoluxma halı baş verib. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 2627 nəfərə çatıb. Xəstəlikdən 1390 nəfər sağalıb. Xəstəxanalarda 149 nəfər müalicə alır. Onlardan 8-i reanimasiyadadır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2020-06-05 19:00:00