×
A
A
A
Sazlamalar

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Tbilisi, 26 may, AZƏRTAC

Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 732 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların 537-si müalicə olunaraq sağalıb, 12-si isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 183 nəfər təşkil edir.
Hazırda Gürcüstanda 3076 nəfər karantində, 300 nəfər isə stasionar nəzarətdə saxlanılır.
Xaricdən gətirilən 3 Gürcüstan vətəndaşı da koronavirusdan müalicə olunur.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2020-05-26 13:31:00