Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduqları vəzifədən azad edilsinlər:
Aslan Kalbalı oğlu Kalbalıyev - Ali Məhkəmənin hakimi
İlham Bayram oğlu Əhmədov - Bakı Apellyasiya Məhkəməsinin hakimi
Fehruz Novruz oğlu Abbasov - Şirvan Apellyasiya Məhkəməsinin hakimi
Mübariz Rahil oğlu Hüseynov - Şəki Apellyasiya Məhkəməsinin hakimi
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bakı şəhəri, 5 may 2020-ci il.