×
A
A
A
Sazlamalar

Metallurgiya sənayesində 2,1 dəfə artım olub

Bakı, 18 aprel, AZƏRTAC

Hazır metal məmulatlarının istehsalı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-mart aylarında 164,2 milyon manatlıq məhsul istehsal olunub. Metallurgiya sənayesində 2,1 dəfə, hazır metal məmulatlarının istehsalı sahəsində isə 2,7 faiz artım müşahidə edilib.
Üç ayda sahə üzrə 7 min 133,9 ton qara metallardan sair konstruksiyalar istehsal olunub.

Sənaye 2020-04-18 15:49:00