×
A
A
A
Sazlamalar

Kimya sənayesində məhsul buraxılışı 25,7 faiz artıb

Bakı, 18 aprel, AZƏRTAC

Kimya sənayesində məhsul buraxılışı çoxalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-mart aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 289,8 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 36,7 faiz, kimya sənayesində 25,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 25 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,1 dəfə, bərk polipropilen boruların istehsalı 67,8 faiz çoxalıb.

Sənaye 2020-04-18 15:20:00