×
A
A
A
Sazlamalar

Türkiyə koronavirusla mübarizədə Bosniya və Herseqovinaya yardım edəcək

Sarayevo, 8 aprel, AZƏRTAC
Türkiyə koronavirusla mübarizədə Bosniya və Herseqovinaya tibbi, mütəxəssis və ilk yardım məhsulları ilə kömək edəcək. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
AZƏRTAC xəbər verir ki, M.Çavuşoğlu bunları Bosniya və Herseqovinalı həmkarı Bisera Turkoviç ilə telefon danışığı zamanı deyib. Türkiyə bu istiqamətdə Bosniya və Herseqovinaya yardım edən ilk ölkədir.
Bu günə ölkədə 777 yoluxma, 33 ölüm halı qeydə alınıb. Virusla mübarizə çərçivəsində hökumət fövqəladə hal və axşam 8-dən səhər 5-dək komendant saatı tətbiq edib. Ölkədə, həmçinin sərhədlər bağlanıb, məktəb və bağçalar, idman zalları bağlanıb, bütün kütləvi tədbirlər təxirə salınıb.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Dünya 2020-04-08 17:11:00