×
A
A
A
Sazlamalar

“Gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq təmsilçilik kodeksləri” mövzusunda onlayn vebinar keçirilib

Bakı, 8 aprel, AZƏRTAC

“Azərbaycan Skautlar Assosiasiyası” İctimai Birliyinin sədri Emin Babayevin təqdimatında “Gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq təmsilçilik kodeksləri” mövzusunda onlayn vebinar keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, vebinarın məqsədi iştirakçılara gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq təmsilçilik kodeksləri barəsində maarifləndirici məlumatlar vermək olub.
Vebinarda beynəlxalq tədbirlərin formatı və məqsədləri, beynəlxalq tədbirlərdə iştirak qaydaları, lobbiçilik, könüllülük proqramları, institusional tədbirlər və s. mövzulara toxunulub. Eləcə də gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-nin katibliyi və könüllüləri, fərdi gənclər də iştirak ediblər.
Vebinarın sonunda Emin Babayev iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Sosial 2020-04-08 12:20:00