×
A
A
A
Sazlamalar

Polis Şirvanda aztəminatlı ailələrə yardım edib

Bakı, 8 aprel, AZƏRTAC 

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha yaşayan yaşlı insanlara, xəstəlikdən əziyyət çəkən sakinlərə, eləcə də aztəminatlı ailələrə baş çəkib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə şəhər ərazisində yaşayan 21 belə ailəyə yardım edilib, 65 yaşdan yuxarı şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar onlara öz evlərində təqdim edilib. Həmçinin aztəminatlı ailələr də polislər tərəfindən ziyarət olunub, onlara kömək göstərilib.
Şəhər sakinləri bu aksiyanı sevinclə qarşılayıb, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sosial 2020-04-08 11:44:00