×
A
A
A
Sazlamalar

Sosial sahədə dayanıqlılığın qorunması üçün ümumilikdə 394 milyon manat istifadə olunacaq

Bakı, 7 aprel, AZƏRTAC
Pandemiyanın ölkə iqtisadiyyatına, məşğulluğa, sosial sahəyə vurduğu zərərin aradan qaldırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Bununla bağlı 4 işçi qrup yaradılıb. Hər bir istiqamət üzrə tədbirlər planı hazırlanıb. Aprelin 4-də Baş Nazir Əli Əsədov həmin tədbirlər planını təsdiq edib. Ümumilikdə məşğulluq, sosial məsələlərə dair dörd istiqamət üzrə 10 tədbir nəzərdə tutulub. Bu da 1 milyon 900 min vətəndaşı əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 7-də keçirdiyi mətbuat konfransında bildirib.
Nazir deyib ki, sosial sahədə dayanıqlılığın qorunması üçün ümumilikdə istifadə olunacaq vəsait 394 milyon manatdır. Bu məbləğin 100 milyon manatı dövlət büdcəsindən, 203 milyon manatı Dövlət Sosial Müdafiə Fondundan, 91 milyon manatı isə işsizlikdən sığorta fondundan istifadə ediləcək. Hazırda dövlət büdcəsi ilə yanaşı, dövlət qurumlarının bütün ehtiyatları da bu istiqamətlərə səfərbər olunur.

Sosial 2020-04-07 19:06:00