×
A
A
A
Sazlamalar

Cəzamızın çəkilməmiş hissəsindən azad edilməyimiz bizi, ailələrimizi çox sevindirdi

Bakı, 7 aprel, AZƏRTAC 

Prezident İlham Əliyevin əfv Sərəncamı ilə cəzamızın çəkilməmiş hissəsindən azad edilməyimiz bizi, ailələrimizi çox sevindirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə cəzasının çəkilməmiş hissəsindən azad edilən Qədəm Tarverdiyeva bildirib.
“Prezidentimiz yaşımıza görə bizi bağışladı, ailələrimizə qovuşdurdu. Bir ana kimi, nənə kimi mənə bu xoşbəxtliyi, bu sevinci bəxş etdiyi üçün ona təşəkkürümü bildirirəm. Allahdan ona cansağlığı arzu edirəm. Bu humanist addımdan düzgün nəticə çıxaracağam, dövlətimizin qanunlarına əməl edəcəyəm. Bundan sonrakı həyatımda övladlarımı, nəvələrimi başıma yığıb öz işlərimlə məşğul olacağam” , - deyə o əlavə edib.

Sosial 2020-04-07 14:20:00