×
A
A
A
Sazlamalar

“Azəriqaz” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 180,6 min manat köçürüb

Bakı, 3 aprel, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 180,6 min manat köçürüb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, dünyada yayılmış koronavirusun (COVID-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər. “Azəriqaz” İstehsalat Birliyi də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin biraylıq vəzifə əməkhaqqının 50 faizi miqdarında (ümumilikdə 180 min 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Neft - qaz 2020-04-03 15:56:00