×
A
A
A
Sazlamalar

Enerji Məsələlərini Tənzimləmə Agentliyi birinci rübdə razılıq verdiyi layihələrin sayını açıqlayıb

Bakı, 3 aprel, AZƏRTAC

Bu ilin ilk rübündə Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən elektrik enerjisi və qaz təchizatı sahələrində razılıq verilən layihələrin sayı açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin enerji təchizat sxemini dəyişən 43 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib. Həmçinin müxtəlif tikinti obyektinin elektrik enerjisi ilə təmin edilməsinə dair 62 sayda elektrik qurğularının layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlara görə 20 sayda layihə sənədinin isə razılaşdırılmasından imtina edilib.
Qaz təchizatı sahəsində isə 184 sayda razılaşdırılmış layihəyə uyğun olaraq tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 1120 sayda tikinti obyektinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb. Aşkar edilmiş çatışmazlıqlara görə 20 sayda layihə sənədinin isə razılaşdırılmasından imtina olunub.

Energetika 2020-04-03 14:35:00