×
A
A
A
Sazlamalar

Gürcüstanda bütün xəstəxanalar və tibbi heyət yüksək hazırlıq vəziyyətinə gətirilir

Tbilisi, 3 aprel, AZƏRTAC

Gürcüstanda şəhər, qəsəbə və kənd xəstəxanaları, ilkin tibbi yardım xidmətləri, kənd və ailə həkimləri koronavirusla əlaqədar yüksək hazırlıq vəziyyətində işləməlidirlər.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria aprelin 3-də koronavirusla əlaqədar qurumlararası koordinasiya şurasının iclasında Səhiyyə Nazirliyinə xüsusi tapşırıq verib.
Tapşırığa əsasən, ölkənin bütün tibb müəssisələrinin hazırlıq səviyyəsinə ciddi nəzarət olunacaq.
Baş Nazir deyib ki, dünən ölkədə 10-15 nəfərin COVID-19 virusuna yoluxması baş verirdisə, bu gün bu rəqəm bir qədər də artıb. Bu isə virusun daha geniş yayılacağını göstərir. Ona görə də bütün xəstəxanalar və tibbi heyət yüksək hazırlıq vəziyyətinə gətirilməlidir.
Bildirilib ki, bu gün Gürcüstanda 1200-ə yaxın kənd həkimi, 2000-nə yaxın ailə həkimi var.
Qeyd edək ki, Gürcüstanda bu günə qədər 148 nəfər koronavirusa yoluxub, onların 27-si sağalıb.
Aprelin ikinci yarısında ölkədə epidemiyanın pik həddə çatacağı gözlənilir.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-04-03 14:20:00