×
A
A
A
Sazlamalar

COVID-19: Fransada koronavirus epidemiyası getdikcə daha çox can alır

Paris, 3 aprel, AZƏRTAC

Fransada COVID-19 epidemiyasından xəstəxanalarda ölənlərin sayı son 24 saat ərzində 473 nəfər artaraq ümumilikdə 4503-ə çatıb. Fransa səhiyyə müəssisələrinə misli görünməmiş dərəcədə təsir göstərən epidemiya ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, bu fikri ölkədə COVID-19 epidemiyası ilə bağlı son məlumatları açıqlayan səhiyyə üzrə baş direktor Jerom Salomon söyləyib. Qeyd edib ki, xəstəxanalara yerləşdirilmiş 26246 xəstədən 382-si son bir gün ərzində olmaqla 6399-u reanimasiya şöbələrindədir. Habelə 12428 xəstə sağalaraq evlərinə buraxılıb. Aprelin 2-də 1493 xəstə evə buraxılıb. Bu göstərici tədricən artır. Ölkədə 59 min 105 COVID-19 virusuna yoluxma halı qeydə alınıb.
EHPAD - qocalar evlərindən danışan səhiyyə baş direktoru diqqətə çatdırıb ki, bu evlərin 884 üzvü COVID-19 epidemiyasından ölüb və 14638 yoluxma halı qeydə alınıb.
Dünyada COVID-19 virusuna yoluxanların sayı iki dəfə çoxalaraq son həftə ərzində bir milyona çatıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2020-04-03 05:23:00