×
A
A
A
Sazlamalar

Paytaxtda polis və Daxili Qoşunların hərbi qulluqçuları insanlarla profilaktik söhbətlər aparırlar

Bakı, 2 aprel, AZƏRTAC 

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Bakı şəhərində təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, paytaxtın bütün küçə və prospektlərində polis, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları insanlarla profilaktik söhbətlər aparırlar.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də karantin rejimi qaydalarını pozan vətəndaşlara rast gəlinir. Qaydalara əməl etməyən şəxslərə polis əməkdaşları yenidən xəbərdarlıq edirlər. Polis həmin vətəndaşlara xüsusi karantin rejimi qaydalarına əməl etməyi, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davranmaları barədə tövsiyələr verir.
Şəhər sakinlərinə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyə olunur və əks halda, tələblərə əməl etməyənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları onların nəzərinə çatdırılır.
Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün Bakı şəhəri ərazisində zəruri tədbirlərin görülməsi davam etdirilir.

Sosial 2020-04-02 15:18:00