×
A
A
A
Sazlamalar

Xızıda polis əməkdaşları maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar

Bakı, 2 aprel, AZƏRTAC 

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları qonağı olduqları evlərdə yaşlı rayon sakinləri ilə səmimi söhbətlər apararaq onları maraqlandıran sualları cavablandırıblar. Hər bir ailəyə ərzaq yardımı edən polislər onlara vətəndaşlarımızın sağlamlıqlarının təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən qətiyyətli tədbirlər barədə məlumat veriblər.
Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan Azərbaycan polisinə minnətdarlıq ediblər.

Sosial 2020-04-02 12:38:00