×
A
A
A
Sazlamalar

Son sutka ərzində Qırğızıstanda 9 nəfər koronavirusa yoluxub

Bişkek, 2 aprel, АZƏRTAC
Son sutka ərzində Qırğızıstanda 9 nəfər COVID-19 koronavirusuna yoluxub və xəstələrin sayı 116 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Qırğızıstan koronavirusla bağlı Respublika Qərargahı məlumat yayıb.
Bildirilib ki, 5 xəstə sağalıb, 5 nəfər isə reanimasiya şöbəsindədir, onların vəziyyəti çox ağırdır.
Hazırda ölkədə karantində 1588 nəfər var. Bu günədək 9128 test həyata keçirilib.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2020-04-02 12:26:00