×
A
A
A
Sazlamalar

Gürcüstanda koronavirusa yoluxanların sayı 117 nəfər çatıb

Tbilisi, 1 aprel, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxanların sayı 117 nəfər çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin COVID-19 virusu ilə əlaqədar yaratdığı stopcov.ge saytında məlumat verilir.
Bildirilir ki, hazırda Gürcüstanda 5783 nəfər karantindədir. Daha 301 nəfər isə stasionar nəzarətdədir.
Qeyd olunur ki, ölkədə koronavirusa yoluxmuş insanlardan 23 nəfəri sağalıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-04-01 21:24:00