×
A
A
A
Sazlamalar

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Ankara, 1 aprel, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, prezidentlər Suriya və İdlibdəki vəziyyətə bağlı iki ölkə arasında razılaşıdırlan məsələləri müzakirə ediblər. Bundan başqa, dövlət başçıları bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə dair qarşılıqlı məlumat mübadiləsi aparıblar.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-04-01 20:39:00