×
A
A
A
Sazlamalar

“Petkim” tibbi ləvazimat və qablaşdırma üzrə xammalın istehsalına üstünlük verir

Bakı, 1 aprel, AZƏRTAC 

“Petkim” neft-kimya kompleksi koronavirus səbəbindən tibbi ləvazimat və qablaşdırma üzrə xammalın istehsalına üstünlük verir. Şirkət tələbatın fasiləsiz ödənməsi üçün çalışır. Bundan əlavə, “Petkim” son zamanlarda çox ehtiyac duyulan maska və kombinezon istehsalı üçün bütün xammal tələbatını tam ödəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey” (STEAŞ) məlumat yayıb.
Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. Bu illər ərzində “Petkim”ə 800 milyon dollaradək investisiya qoyulub. Hazırda “Petkim” Türkiyənin neft-kimya məhsuluna tələbatının 18 faizini ödəyir.

Neft - qaz 2020-04-01 16:47:00