×
A
A
A
Sazlamalar

“Goldman Sachs”: Neft hasilatının azaldılması ilə bağlı razılaşmanın imzalanması üçün çox gecdir

Bakı, 1 aprel, AZƏRTAC

Neft istehsalının azaldılması ilə bağlı razılaşmanın imzalanması üçün çox gecdir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” məlumat yayıb.
“Neft hasilatının azaldılmasına dair razılaşmanı imzalamaq yəqin ki, çox gecdir. Həmçinin əgər bu mümkün olarsa istehlakdakı azalmanı təmin etmək üçün yetərli olmayacaq”, -deyə bank bildirir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp neft bazarını dəstəkləmək üçün Səudiyyə Ərəbistanı və Rusiya ilə müzakirələrə səy göstərmişdi.

 

Neft - qaz 2020-04-01 10:49:00