“Wikipedia”nın Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bölməsi özbək dilində istifadəyə verilib
Daşkənd, 31 mart, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin könüllüləri tərəfindən “Wikipedia” Beynəlxalq Elektron Ensiklopediyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bölmə özbək dilində istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bölmədə ötən əsrin əvvəllərində Bakı, Şamaxı, Quba, Lənkəran, Göyçə, Zəngəzur, İrəvan və digər bölgələrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər faktlarla öz əksini tapıb. Məlumatda o dövrdə bölgədəki siyasi vəziyyət haqqında məqalələr, həmçinin KİV-lərdə soyqırımı ilə bağlı çap olunan yazılar yer alıb.
Layihəyə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzi dəstək verib.
Bölmə ilə bu linkdə tanış olmaq mümkündür: https://uz.wikipedia.org/wiki/Mart_genotsidi?fbclid=IwAR3xjpk6zMw7wY0eoCRc_4J28_cwRXF5uMnMXDtbE001EyVVfeyw3UUASBw
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
Ağdaban faciəsindən 32 il ötür
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı