×
A
A
A
Sazlamalar

Latviyada koronavirusa yoluxanların sayı 370-i ötüb

Riqa, 31 mart, AZƏRTAC

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 29 nəfər artaraq 376-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 14 min 313 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində 502 nəfərdən 29-nun analizinin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2020-03-31 01:12:00