×
A
A
A
Sazlamalar

Gürcüstanda 103 nəfər koronavirusa yoluxub

Tbilisi, 30 mart, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxanların sayı artaraq 103 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə son məlumat Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında yer alıb.
Bildirilir ki, hazırda Gürcüstanda 5 min 114 nəfər karantində, 263 nəfər isə stasionar nəzarətdədir.
Ölkədə koronavirusa yoluxmuş 20 nəfər isə sağalıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-03-30 22:59:00