Amerika Milli Basketbol Assosiasiyası koronavirusdan sağalmış oyunçulardan digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir
Bakı, 30 mart, AZƏRTAC
Milli Basketbol Assosiasiyası (MBA) koronavirusdan sağalmış oyunçu və əməkdaşlardan "NBA Together" proqramı çərçivəsində digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir.
AZƏRTAC xəbər verir ki, ABŞ-da koronavirusdan sağalan insanlardan plazma qəbul etməyə başlayıblar. Həmin qanın tərkibində COVID-19 virusuna qarşı anticisimlər mövcuddur ki, bunlardan da digər pasiyentlərin müalicəsində istifadə olunacaq. Xəstələrə donor plazması onların orqanizmlərinin virusdan daha sürətlə təmizlənməsi məqsədilə köçürüləcək.
Bu günədək MBA-nın üç oyunçusunun koronavirusdan tam sağalması məlumdur. Bu oyunçular Rudi Qober, Donovan Mitçell (hər ikisi "Yuta" komandasından) və Kristian Vuddur ("Detroyt" komandasından).
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO
Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır