×
A
A
A
Sazlamalar

Almaniya Bundestaqının vitse-prezidenti: Xocalıda baş verənlər insanlığın faciəsidir

Berlin, 6 mart, AZƏRTAC

Xocalıda baş verənlər insanlığın faciəsidir.
Bu fikri Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman Berlində “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda keçirilən simpoziumda söyləyib.
Tomas Opperman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının araşdırılmalı olduğunu, Almaniyanın bu prosesə dəstək verməyə hazır olduğunu qeyd edib. O, həmçinin Azərbaycanın mürəkkəb geosiyasi mövqedə yerləşdiyini və regionda təhlükəsizliyin təmin edilməsinin Almaniyanın maraqlarında olduğunu vurğulayıb.
Azərbaycan-Almaniya münasibətlərini səciyyələndirən T.Opperman bu münasibətlərin 200 illik tarixə malik olduğunu, ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu deyib, bunun daha da dərinləşdirilməsi üçün mövcud olan imkanları qeyd edib. Bundestaqın vitse-prezidenti Azərbaycandakı multikulturalizmi və dini tolerantlığı yüksək qiymətləndirib, ölkəmizi bu mənada digər ölkələr üçün nümunə adlandırıb.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Siyasət 2020-03-06 19:35:00