×
A
A
A
Sazlamalar

“Yurdumuza bahar gəlir” rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Bakı, 2 mart, AZƏRTAC

Xətai Sənət Mərkəzində uşaqlar üçün təşkil edilən növbəti – “Yurdumuza bahar” gəlir müsabiqəsinə qeydiyyat başa çatıb.
AZƏRTAC xəbər verir ki, müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17) aparılıb.
Müsabiqə Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.
Qeyd edək ki, sonda Bakı Xətai Sənət Mərkəzində seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur.

 

İncəsənət 2020-03-02 11:30:00