×
A
A
A
Sazlamalar

Şahsuvar Mirzəyev: Ədalətin tezliklə bərpa ediləcəyinə inanıram

Paris, 28 fevral, AZƏRTAC

Yaşadığımız ağrılar heç zaman unudulmayacaq. Bu ağrılar neçə illər keçməsinə baxmayaraq daim qəlbimizi sızladacaq. Zaman bu ağrıları ovundurmayacaq. Ancaq düşünürəm ki, dünyanın harasında olmasına baxmayaraq gələcək nəsillər bu qətilyamı tanımalıdır. Bura oğlumla gəlmişəm ki, o görsün və Xocalı soyqırımını unutmasın.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımının şahidi Şahsuvar Mirzəyev deyib.
“Bu faciə gələcək nəsilləri birləşdirməlidir. Onlar bu faciəni dərindən bilməli və onu bütün dünyaya yaymalıdırlar. Haqq işimizi beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Başımıza gələn haqsızlıqlar dözülməzdir.
Gənclərimiz Avropada təhsil almalı, yüksək vəzifələr tutmalıdırlar ki, səsləri ucadan gəlsin və onların səsi eşidilsin. Ədalətin tezliklə bərpa ediləcəyinə inanıram”,- deyə Ş. Mirzəyev vurğulayıb.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Qan yaddaşı 2020-02-28 00:23:00