×
A
A
A
Sazlamalar

Paraqvayda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 28 fevral, AZƏRTAC

Azərbaycanın Paraqvaydakı Fəxri Konsulluğu tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Paraqvay Parlamentinin Senatdakı Azərbaycan-Paraqvay Dostluq Qrupunun üzvləri, Paraqvayda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, təhsil müəssisələri, KİV nümayəndələri və Paraqvay İslam Mərkəzinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə açılış nitqi söyləyən Paarqvay Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri, senator Xuan Anço Ramirez Xocalıda dinc əhaliyə qarşı törədilənlərin bəşəri dəyərlər və humanizm prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb. O, Paraqvay Konqresinin Deputatlar Palatasının 2017-ci ildə qəbul etdiyi bəyanatı xatırladaraq deyib ki, bəyanatda 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımı pislənilib və Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib.
Daha sonra çıxış edən Azərbaycanın Paraqvaydakı Fəxri konsulu Oskar Breyes Ermənistan silahlı qüvvələri tərəfindən xüsusi qəddarlıq və amansızlıqla həyata keçirilmiş Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının və ədalətin bərqərar olmasının gələcəkdə bu kimi faciələrin qarşısının alınması baxımından zəruri olduğunu vurğulayıb.
Tədbirin sonunda Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanan videoçarx ispan dilində alt yazılarla nümayiş olunub.

Qan yaddaşı 2020-02-28 02:16:00