Boston şəhərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib
Vaşinqton, 27 fevral, AZƏRTAC
ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Azərbaycan icmalarının Bostonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin Massaçusets ştatı daxil olmaqla Amerikanın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb. Şəhər sakinlərinə Xocalı soyqırımı haqqında faktları əks etdirən vərəqələr paylanılıb.
AZƏRTAC-ın Vaşinqton bürosu
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
Ağdaban faciəsindən 32 il ötür
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı