×
A
A
A
Sazlamalar

Tovuzda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Tovuz, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC

Xocalı soyqırımının qurbanları Tovuzda keçirilən silsilə tədbirlərlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Tovuz rayonundakı Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlər xiyabanına gələn çoxsaylı ziyarətçilər 1992-ci il fevral ayının 26-da Xocalı şəhərində törədilən soyqırımı faciəsinin qurbanlarını anaraq, Vətən uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər.
Sonra şəhidlərin və Xocalı qurbanlarının ruhuna dualar oxunub. Mərasim iştirakçıları xatirə kompleksinin önünə qərənfillər düzərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Regionlar 2020-02-26 17:49:00