×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 396, 402, 403 və 405 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Süleymanlı Sərvər Süleyman oğlu, Rəhimli Murad İlqar oğlu, Xəlilov Vüqar Qərib oğlu və Nəbiyev Emin Tofiq oğlu 2020-ci il fevralın 24-də ayrı-ayrılıqda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 18 fevral 2020-ci il tarixli 19/61, 19/62, 19/63 və 19/64 saylı qərarlarını mübahisələndirmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu və eyni seçki dairəsinə aid olduğundan bir icraatda birləşdirilmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizədlər S.S.Süleymanlı, M.İ.Rəhimli, V.Q.Xəlilov, və E.T.Nəbiyev müraciətlərində səsvermə günü və səslərin sayılmasında 41 saylı Sumqayıt birinci seçki dairəsinin 3, 5, 6, 7, 10, 12, 13, 14, 15, 18, 19, 21, 22, 23 və 29 saylı seçki məntəqələrində eyni xarakterli pozuntular olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciətləri ilə bağlı qəbul olunmuş qərarının ləğvini xahiş etmişlər. Namizədlər müraciətlərini əsaslandırmaq üçün hər bir şikayətə bir ədəd elektron məlumat daşıyıcısı təqdim etmişlər.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.
Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər, mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərdən, komissiya üzvlərindən və digər seçki subyektlərindən alınmış izahatlar alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
Dairə seçki komissiyası qərarlarını onunla əsaslandırmışdır ki, səsvermə başlandığı andan sona çatanadək, həmçinin səslər sayılarkən və məntəqə seçki komissiyasının yekun protokolu tərtib edilərkən dairə seçki komissiyasına və mübahisələndirilən seçki məntəqələrinin məntəqə seçki komissiyalarına heç bir yazılı və ya şifahi müraciət daxil olmamışdır. Araşdırma ilə əlaqədar namizədlərin mübahisələndırdiyi 1-33 saylı məntəqə seçki komissiyalarının üzvlərinin, həmin gün seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilərin izahatları ilə iddia edilən qanun pozuntuları təsdiqini tapmamışdır.
Namizədlərin müraciətinin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə yayımlanmış görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin seçki dairəsinin 6 saylı seçki məntəqəsində namizədin müdaxiləsi nəticəsində baş verməsi iddia edilən pozuntu səsvermənin nəticələrinə təsir edə biləcək pozuntu olmamışdır. Eyni zamanda seçki məntəqələrində quraşdırılmış veb-kameraların görüntülərinə, həmçinin müraciətlərə əlavə edilmiş dörd ədəd elektron məlumat daşıyıcısına və seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollara baxış keçirilmiş, pozuntu halları müəyyən edilməmişdir.
Aparılmış araşdırmanı məcmu şəkildə qiymətləndirilərək müəyyən edilir ki, seçki dairəsi üzrə qeydə alınmış namizədlər S.S.Süleymanlı, M.İ.Rəhimli, V.Q.Xəlilov, və E.T.Nəbiyevin müraciətlərinin təmin edilməməsi barədə dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir. Təkrar araşdırma ilə müraciətlərin təmin edilməsi və dairə seçki komissiyasının qərarlarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış alınmış namizədlər Süleymanlı Sərvər Süleyman oğlu, Rəhimli Murad İlqar oğlu, Xəlilov Vüqar Qərib oğlu və Nəbiyev Emin Tofiq oğlunun 24 fevral 2020-ci il tarixli 396, 402, 403 və 405 saylı müraciətləri təmin edilməsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 19/61, 19/62, 19/63 və 19/64 saylı qərarları dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov


Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-02-26 09:16:00