×
A
A
A
Sazlamalar

SSRİ-nin sonuncu marşalı vəfat edib

Moskva, 25 fevral, AZƏRTAC 

SSRİ-nin sonuncu marşalı Dmitri Yazov vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, marşal uzun sürən xəstəlikdən sonra fevralın 25-də Moskvada 95 yaşında dünyasını dəyişib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya 2020-02-25 10:42:00