×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 357 saylı, 22 fevral 2020-ci il tarixli 386 və 391 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 46 saylı Şirvan seçki dairəsi üzrə qeydə alınmış namizədlər Gülüş Zabit Əlizamin oğlu 2020-ci il fevralın 21-də, Xurşudov Əlikram İdris oğlu və Əliyev Ziya Fəxrəddin oğlu isə 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək seçki günü adıçəkilən seçki dairəsinin əksər seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia edərək dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 25/17 saylı, 18 fevral 2020-ci il tarixli 27/80 saylı, habelə 18 fevral 2020-ci il tarixli 27/81 saylı qərarlarını mübahisələndirmiş və onların ləğv olunmasını, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Qeydə alınmış namizədlər Z.Ə.Gülüş, Ə.İ.Xurşudov və Z.F.Əliyev müraciətlərində iddia edirlər ki, seçki dairəsi üzrə səsvermə günü seçici aktivliyi aşağı olsa da, seçki qutularına əlavə bülletenlərin atılması və qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində səs verməsinə nail olunması hesabına seçici aktivliyi süni şəkildə artırılmış, 32 saylı seçki məntəqəsində bülletenlərin sayılması başa çatmadan içəriyə seçicilər buraxılmış, bəzi seçki məntəqələrində seçici fəallığı ilə bağlı müşahidəçilərə məlumat verilməmiş, seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamış, 6 və 26 saylı seçki məntəqələrində bülletenlərin sol küncü öncədən kəsilmiş, bəzi məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etməmiş, 7 və 32 saylı seçki məntəqələrində istifadə olunmamış bülletenlər ləğv edilmədən səslər hesablanmağa başlanmış və sonda işıqlar söndürülmüş, müşahidəçilərin çıxarılması üçün seçki məntəqəsinə polis çağrılmış, onlara həmin yekun protokolunun surəti verilməmiş, protokollar seçki məntəqələrində yazılmamış, həmçinin yekun protokolunun 3-cü nüsxəsi seçki məntəqələrinin məlumat lövhələrində asılmamışdır.
Ərizəçilər müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 3 ədəd elektron məlumat daşıyıcısı və 35 akt əlavə etmişlər.
Namizəd Z.Ə.Gülüş və digərləri müraciətlərini onunla əsaslandırır ki, yuxarıda qeyd olunanlarla əlaqədar 46 saylı Şirvan seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarları ilə onların müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Həmçinin, dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.
46 saylı Şirvan seçki dairəsinin dairə seçki komissiyası qərarlarını onunla əsaslandırmışdır ki, müraciətdə adları qeyd olunan seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd Z.Ə.Gülüş və digərlərinin müraciəti əsassız hesab olunaraq təmin edilməməlidir.
Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.
Şikayətin araşdırılması ilə əlaqədar təqdim edilən elektron daşıyıcılarda olan görüntülərə baxış keçirilmiş, müraciətdə və təqdim olunmuş aktlarda iddia olunan pozuntular öz təsdiqini tapmamışdır.
Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkarlanmamışdır.
Dairə seçki komissiyasına ünvanlanan müraciətlərdə iddia edilən pozuntular seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyaları üzvlərindən və seçilməmiş namizədlərdən və digər seçki subyektlərindən alınmış ümumilikdə 200-dən çox izahatlarla öz təsdiqini tapmamışdır.
Z.Ə.Gülüş və digərlərinin müraciətinin təmin edilməməsinə dair 46 saylı Şirvan seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarları qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, düzgün hüquqi nəticəyə gəlinmiş və müvafiq qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur.
Beləliklə, 46 saylı Şirvan seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları olmadığından qeydə alınmış namizəd Z.Ə.Gülüş və digərlərinin müraciətləri əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 25/17 saylı, 18 fevral 2020-ci il tarixli 27/80 saylı, habelə 18 fevral 2020-ci il tarixli 27/81 saylı qərarları dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 46 saylı seçki dairəsi üzrə qeydə alınmış namizədlər Gülüş Zabit Əlizamin oğlu, Xurşudov Əlikram İdris oğlu və Əliyev Ziya Fəxrəddin oğlunun 21 və 22 fevral 2020-ci il tarixli 357, 386 və 391 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 25/17 saylı, 18 fevral 2020-ci il tarixli 27/80 saylı və 18 fevral 2020-ci il tarixli 27/81 saylı qərarları dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 


Sədr           Məzahir Pənahov


Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-02-25 09:46:00