×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 359 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədzadə Zakir Bəkir oğlu fevralın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 13/46 saylı qərarını mübahisələndirmiş, həmin qərarın və seçki dairəsi üzrə səsvermənin nəticələrinə dair dairə seçki komissiyasının protokolunun ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd Z.B.Məmmədzadə müraciətində 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə əksər seçki məntəqələrində müşahidəçilərə maneçilik törədildiyini, seçki məntəqəsi üzrə seçici siyahılarında olmayan şəxslərin səs verdiyini, seçki başa çatdıqdan sonra istifadə olunmamış bülletenlərin sayılmadığını, ləğv edilmədiyini və digər qanun pozuntularına yol verildiyini iddia etmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd Z.B.Məmmədzadə 25 saylı Nizami ikinci seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.
Dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmişdir.
Seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapma¬dığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini sərbəst ifadə etməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd Z.B.Məmmədzadənin müraciəti əsassız olduğu üçün təmin edilməməlidir.
Müraciətin hərtərəfli araşdırılması məqsədilə qeydə alınmış lider olmayan digər namizədlərdən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlar, məntəqə seçki komissiyalarının seçkilərin nəticələrinə dair protokol məlumatları, səsvermə günü sosial şəbəkələrdə yayımlanan məlumatlar, həmin dairə seçki komissiyasının mübahisə¬ləndirilən qərarı və digər seçki sənədləri ətraflı tədqiq edilmişdir.
Aparılan araşdırma ilə səsvermə günü göstərilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularının təsdiqini tapmaması, seçicilərin sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmələri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunaraq maraqlı seçki subyektlərinə verilməsi, bununla da dairə seçki komissiyasının düzgün nəticəyə gəlməsi müəyyən edilmişdir.
Mübahisələndirilən seçki məntəqələrində səsvermə prose¬sində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmədiyindən seçki qanunvericiliyinin tələblərinə görə həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.
Beləliklə, aparılan araşdırma ilə belə nəticəyə gəlmək olar ki, qeydə alınmış namizəd Z.B.Məmmədzadənin müraciəti əsassız olduğundan təmin edilməməli, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 13/46 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədzadə Zakir Bəkir oğlunun 21 fevral 2020-ci il tarixli 359 saylı müraciəti təmin edilməsin, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 13/46 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov


Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-02-25 09:25:00