×
A
A
A
Sazlamalar

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib

ŞanlıUrfa, 25 fevral, AZƏRTAC

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev Türkiyənin ŞanlıUrfa vilayətinin valisi Abdullah Erin, Silahlı Qüvvələrin bu bölgədəki ağır zirehli briqada komandanı, general-mayor Oqtay Ağbuqa, vilayətin baş prokuroru Tolgahan Öztoprak, Daxili İşlər Nazirliyinin vilayət üzrə rəisi Selçuk Doğuş və Daxili Qoşunların vilayət üzrə komandanı, polkovnik Eyup Sabri Kirişçi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri iki ölkənin tarixi əlaqələrini daha da möhkəmləndirib.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Şanlı Urfa

Cəmiyyət 2020-02-25 03:00:00