İtaliyada 200-dən çox koronavirus yoluxması faktı rəsmiləşdirilib
Roma, 24 fevral, AZƏRTAC
Son bir saata əsasən İtaliyada 200-dən çox koronavirus yoluxması faktı rəsmiləşdirilib.
AZƏRTAC xəbər verir ki, fevralın 24-də ölkədə 6-cı insan bu virusdan yaranan xəstəlik səbəbindən vəfat edib. Yoluxanlar isə əsasən İtaliyanın şimalındadır. Bunlar Lombardiya, Veneto, Pyemont və Emiliya-Romanya regionlarıdır. Vəfat edən 6 nəfər haqqında açıqlamada bildirilir ki, onların hamısı immuniteti aşağı olan və qısa müddət əvvəl başqa xəstəliklərdən zəifləmiş insanlardır. Həmçinin yaş faktoru var. Belə ki vəfat edənlərin 88, 84, 80, 68, 78 və 77 yaşları var.
İtaliya hazırda bu virusla yoluxanların sayına görə 3-cü (Çini nəzərə almadan) ölkədir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır