×
A
A
A
Sazlamalar

Qəbələ rayonunda əhalinin sayı açıqlanıb

Qəbələ, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Qəbələ rayonunun əhalisi 1142 nəfər artaraq, 2020-ci il yanvarın 1-i vəziyyətinə 107 min 786 nəfərə çatıb. Onlardan 36 min 557 nəfəri şəhər, 71 min 229 nəfəri isə kənd əhalisidir. Əhalinin 54 min 907 nəfərini kişilər, 52 min 879 nəfərini isə qadınlar təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.
İdarə rəisi bildirib ki, 2019-cu ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 1745 nəfər doğulan körpə və 559 ölüm halı qeydə alınıb. Əhalinin təbii artımı 1186 nəfər olub. İl ərzində rayon Qeydiyyat şöbəsi tərəfindən 756 nikah və 133 boşanma halı rəsmiləşdirilib.

Regionlar 2020-02-24 17:25:00