Energetika naziri Salyanda vətəndaşları qəbul edəcək
Bakı, 24 fevral, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov martın 2-də Salyan şəhərində vətəndaşları qəbul edəcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin “[email protected]” elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, telefon: (050) 225-34-86, email: “[email protected]”, “[email protected]”) vasitəsilə müraciət edə bilərlər.
Vətəndaşlar nazirliyin “www.minenergy.gov.az” internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və “facebook” səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib