×
A
A
A
Sazlamalar

Göyçayın Şıxlar kəndində 84 fərdi evin qazlaşdırılmasına başlanacaq

Bakı, 24 fevral, AZƏRTAC

Göyçay rayonunun Şıxlar kəndində yerləşən 84 fərdi yaşayış evinin qazlaşdırılmasına başlanacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, yaşayış evlərinin qazlaşdırılması üçün qaz boruları əraziyə gətirilib, yaxın günlərdə qaz çəkilişinə başlanması nəzərdə tutulur.

 

Regionlar 2020-02-24 13:15:00