×
A
A
A
Sazlamalar

Neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş vəsait artıb

Bakı, 24 fevral, AZƏRTAC

2019-cu ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 130,1 milyon manat və ya 2018-ci illə müqayisədə 3,6 dəfə çox vəsait sərf olunub. Artım neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş vəsaitin 4,3 dəfə çoxalması hesabına baş verib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, aparılmış geoloji-kəşfiyyat işlərinin 96,9 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 126,1 milyon manat xərclənib.
2018-ci illə müqayisədə ötən il hidrogeoloji işlərə 9,7 faiz, qeyri-filiz faydalı qazıntı yataqlarının kəşfiyyatına 3,1 faiz çox vəsait sərf edilib.

Neft - qaz 2020-02-24 12:31:00