×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə könüllüləri ağacəkmə aksiyasına qoşulublar

Gəncə, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Könüllülər ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyanın məqsədi ağac əkməklə ekoloji tarazlığın bərpasının, ətraf mühitin qorunmasının, xüsusilə gənc nəslin diqqətinə çatdırmaq, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
“Aqrar İnkişaf Könüllüləri” və Aqronomluq fakültəsi tələbələrinin birgə fəaliyyəti nəticəsində təşkil olunan aksiya universitetin Tədris-təcrübə təsərrüfatında keçirilib. 200-ə yaxın ağac əkilib və mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib.

Regionlar 2020-02-24 12:23:00