×
A
A
A
Sazlamalar

Qaxlı gənclər Xocalı faciəsində qətlə yetirilən azyaşlı uşaqların xatirəsinə 63 həmişəyaşıl ağac əkiblər

Qax, 23 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri faciədə qəddarlıqla qətlə yetirilən 63 azyaşlı uşağın xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər xiyabanının ərazisində 63 həmişəyaşıl sərv ağacı əkiblər.
Mərkəzin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aksiyanın keçirilməsində məqsəd Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək, yeniyetmə və gənclərə faciənin mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə geniş məlumat vermək, bu qanlı hadisələrin yaddaşlarda yaşaması və gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır.
Mərkəzin direktorunun sözlərinə görə, vətənpərvərlik ruhunda tədbirlər davamlı xarakter daşıyacaq. Bundan əlavə, növbəti günlərdə “İntellektual klubu”, “Növbədə könüllüdür” və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Regionlar 2020-02-23 11:29:00