×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 287 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 82 saylı Ağcabədi seçki dairəsi üzrə qeydə alınmış namizədlər Hacıbəyli Cavid İbrahim oğlu, Abdullayev Sənan Həsən oğlu, Əmrahlı Əkrəm Əhməd oğlu, İbrahimov Qasım Əhməd oğlu, Talıbov Hüseyn Əli oğlu və Məmmədov Fərid Murad oğlu 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komis¬siyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 12/36 saylı qərarını mübahisə¬ləndirmiş, həmin qərarın ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddə¬lə¬rinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizədlər C.İ.Hacıbəyli və digərləri müraciətdə iddia etmişlər ki, səsvermə günü 82 saylı Ağcabədi seçki dairəsinin 1 – 46 saylı seçki məntəqələrində məntəqə seçki komissiyası üzvləri tərəfindən müşahidənin aparılması üçün normal şərait yara¬dılmamış, məntəqə seçki komissiyasının üzvləri tərəfindən müşahidə prosesinə maneçilik törədilmiş, səsvermə başlamazdan əvvəl seçki bülleten¬ləri masanın üzərinə qoyulmamış, seçki hüququ olmayan şəxslər seçki məntəqə¬sinə daxil olmuş, seçki məntəqəsi üzrə adıseçici siyahılarında olmayan şəxslər səsver¬mədə iştirak etmiş və digər qanun pozuntularına yol verilmişdir.
Eyni zamanda qeydə alınmış namizədlər seçkiqabağı təşviqat dövründə həmin seçki dairəsi üzrə pozuntuların olmasını, lider namizədin görüşlərinin inzibati resurs¬lar-dan istifadə edilməklə təşkil olunduğunu, digər namizədlərə seçicilərlə görüş üçün normal şərait yaradılmadığını, icra orqanları tərəfindən görüşlərə mane olunduğunu mübahisələndirmişlər.
Yuxarıda qeyd olunanlarla əlaqədar qeydə alınmış namizədlər qanunla nəzərdə tutulmuş müddətdə 82 saylı Ağcabədi seçki dairəsinin dairə seçki komissiya¬sına müraciət etmiş, komissiya tərəfindən şikayətləri araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən qərarı ilə onların müraciətləri əsassız hesab edilərək təmin olunmamışdır.
Namizədlər C.İ.Hacıbəyli və digərlərinin müraciətinin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndiril-diyindən onlar üzrə araşdırma aparılması istisna olunur.
82 saylı Ağcabədi seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən edilmədiyindən qeydə alınmış namizədlərin müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır.
Araşdırma prosesində şikayətçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Araşdırmanın tamlığı, hərtərəfliliyi və obyektivliyi prinsipi əsas götürülərək səsvermə günü həmin seçki dairəsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar, seçki komissiyalarının seçkilərin yekununa dair protokol məlumatları və şikayətçilər tərəfindən araşdırmaya təqdim olunmuş sənədlər və videomateriallar, dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər, həmçinin həmin gün seçki dairəsinin seçki məntəqələrində quraşdırılmış veb-kameraların görüntüləri tədqiq edilmişdir.
Təqdim olunmuş 1 ədəd elektron məlumat daşıyıcısına baxış keçirilərkən müəyyən edilmiş¬dir ki, bu yaddaş qurğusunda 82 saylı Ağcabədi seçki dairəsinin bəzi seçki məntəqələrindən, dairə seçki komissiyasının qeydə alınmış namizədlərin şikayətlərinə baxıldığı iclasından görüntülər və ayrı-ayrı qeydə alınmış namizədlərin müsahibələri qeydə alınmışdır. Araşdırma zamanı müxtəlif siyasi partiyaları təmsil edən müşahidə-çilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, səsvermə günü 3 saylı seçki məntəqəsi istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunaraq maraqlı seçki subyektlərinə verilmişdir. Bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlsə də, 3 saylı seçki məntəqəsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, sosial şəbəkə¬lərdə göstərilən seçki dairəsi ilə əlaqədar yayımlanan görüntü¬lərə və təqdim olunmuş videomateriallara baxış keçirilərkən 3 saylı seçki məntəqəsində səslərin hesablanması zamanı bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Həmin seçki məntəqəsində quraşdırılmış Mərkəzi Seçki Komissiya¬sının veb-kamerasının qeydə aldığı görüntülərin tədqiqi nəticəsində baş verən qanun pozuntuları öz təsdiqini tapmışdır. Müəyyən edilmiş qanun pozuntuları seçki qanunveri¬ciliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən 3 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaradır.
Aparılmış araşdırma ilə belə nəticəyə gəlmək olar ki, 82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqəsinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir. Həmin seçki məntəqələrində seçici siyahılarında olan seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən azını təşkil edir.
Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 1, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 37-dir.
Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:
- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyən-ləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;
- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqə-lərinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, seçki dairəsinin 3 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və dairə seçki komissiyasının qərarının həmin seçki məntəqəsinə aid hissədə ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 82 saylı Ağcabədi seçki dairəsi üzrə qeydə alınmış namizədlər Hacıbəyli Cavid İbrahim oğlu və digərlərinin 19 fevral 2020-ci il tarixli 287 saylı müraciəti qismən təmin edilsin, 3 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 12/36 saylı qərarı 3 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilsin, qərar digər hissədə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov


Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-02-23 05:24:00