×
A
A
A
Sazlamalar

Lerikdə ağır yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Lerik, 22 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 22-də Lerik rayonunun Orand kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sürücü Mail Rüstəmovun idarə etdiyi UAZ markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Ölənlər və xəsarət alan 3 nəfər bir ailənin üzvləri olan Zuvand kənd sakinləridir.
Faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2020-02-22 19:09:00