×
A
A
A
Sazlamalar

Kürdəmirdə ana və azyaşlı övladı yaşadıqları evdə ölü tapılıb

Kürdəmir, 22 fevral, AZƏRTAC 

Kürdəmirdə ana və azyaşlı övladı bu gün səhər saatlarında yaşadıqları evdə ölü tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şüşün kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1977-ci il təvəllüdlü Qəmbərova Leyla Cavanşir qızının cəsədi həyətdəki su quyusunda, onun yaş yarımlıq övladı Qəmbərov Hilal Orxan oğlunun meyiti isə evdə aşkarlanıb.
Hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunublar. Hazırda hadisənin təfərrüatı araşdırılır. Hər iki cəsəd müayinə üçün Səhiyyə Nazirliyi tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə gətirilib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Regionlar 2020-02-22 14:23:00