×
A
A
A
Sazlamalar

Ötən ay Naxçıvanda əsas kapitala yönəldilmiş vəsaitin 92,1 faizi tikinti-quraşdırma işlərinin payına düşüb

Naxçıvan, 22 fevral, AZƏRTAC

Vəsait qoyuluşları çərçivəsində ötən ay muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 37 milyon 13 min 200 manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 34 milyon 102 min 100 manatı və ya 92,1 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Regionlar 2020-02-22 14:02:00