×
A
A
A
Sazlamalar

Sumqayıtda zibil qutusunda yeni doğulmuş körpənin meyiti tapılıb

Sumqayıt, 22 fevral, AZƏRTAC

Sumqayıtda zibil qutusunda uşaq meyiti tapılıb.
AZƏRTAC xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki məişət tullantıları üçün yerləşdirilən zibil qabının birindən yeni doğulmuş qız uşağının meyiti aşkarlanıb.
Körpənin meyiti ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2020-02-22 13:50:00